Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Fujitsu”nin yeni texnologiyası maqnit lentinə sərt disklərlə rəqabət aparmağa imkan verəcək


“Fujitsu” şirkəti tərəfindən elan edilmiş yeni “Virtual Integrated File System” texnologiyası köhnə maqnit lentinə sərt disklərlə rəqabət aparmağa imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, “Sony” və “Fujitsu” şirkətləri arasında “LTO” (informasiyanın maqnit lentinə yazılması standartı) ilə bağlı uzun müddət davam edən münaqişə ötən ilin sonunda öz həllini tapıb. İndi diqqət artıq bu il əlçatan olacaq “LTE-9”a yönəlib. Bu standart məlumatların saniyədə 708 MB-dək sürətlə yazılmasını təmin edəcək.

 

“Fujitsu”nin virtual inteqrasiya edilmiş fayl sistemi "bir neçə lentli kartrici bir lentdə birləşdirməyə" imkan verir. Bu o deməkdir ki, istifadəçilər məlumatların hansı kartricdə yerləşməsindən asılı olmayaraq onlara müraciət edə bilərlər.

 

Emil Hüseynov






17/03/20    Çap et