“Microsoft” korporasiyası koronavirus pandemiyasına görə “Microsoft Store” pərakəndə mağazalarının bağlanmasını elan edib. Bundan əvvəl “Apple” və “Nike” şirkətləri də analoji qərar qəbul ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, "biz bilirik ki, ailələr, evdən işləyən əməkdaşlar və şirkətlər indi əvvəllər olmadığı kimi təzyiq altındadır. Biz sizə microsoft.com saytında onlayn xidmət etməyə hazırıq" – “Microsoft”un yaydığı məlumatda deyilir.
“Microsoft” korporasiyasının ABŞ-da 70-dən çox mağazası, Kanadada 7 ticarət nöqtəsi, Puerto-Riko, Avstraliya və Böyük Britaniyada mağazaları fəaliyyət göstərir. Bu mağazaların işə başlayacağı tarix dəqiq məlum deyil.
Qeyd etmək lazımdır ki, “Microsoft” Sietldə “COVID-19” koronavirus infeksiyası yayılmağa başladıqda öz əməkdaşlarına evdən işləməyi təklif etmiş ilk şirkətlərdən biri olub.
Emil Hüseynov