Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Spammerlər 1 saata 50 min dollar qazanırlar


“G Data” məlumatlarına əsasən, elektron poçtun 80%-dən çox trafikini spam təşkil edir. Beləliklə, elektron poçt kibercinayətkarların ən əhəmiyyətli silahlarından biri kimi qalmağa davam edir. Spam dalğaları adətən milad bayramı və yeni ilə yaxın ən yüksək zirvəsinə çatır.

 

«Elektron poçt fırıldaqçıların sadə insanlarla əlaqəsi üçün çox əhəmiyyətli kanala çevrilib, - “G Data Security Labs” təhlükəsizlik laboratoriyasının rəhbəri Ralf Bensmyüller qeyd edib. Məktubların 80%-dən çoxunu spam təşkil edir.

 

Əvvəllər kibercinayətkarlar məktublara bərkidilmiş virusa yoluxdurulmuş əlavələrdən istifadə edirlər, indi onlar başqa üsullardan istifadə edirlər.

 

Məsələn, müxtəlif hiylələrlə insanları ziyanverici saytlara keçid etməyə və fırıldaqçılara şəxsi məlumatları verməyə sövq edirlər. Buna görə istənilən məktubda, hətta tanışdan olan məktubda belə təhlükə ola bilər. Kibercinayətkarlar çox vaxt “sındırdıqları” elektron poçt ünvanından spam göndərirlər".

 

Spam yoluxdurulmuş kompyuterlərdən bot-şəbəkələr vasitəsilə göndərilir. Bu halda isə 20 min zombi-kompyuter sayı ilə kiçik şəbəkə operatoru hər aktiv botdan saniyədə 2 məktub göndərmə sürəti ilə 25 saniyə ərzində milyon məktub göndərə bilər. Deməli, belə fırıldaqçı 1 saata təxminən 50 min dollar qazana bilər, “G Data” laboratoriyasında hesablayıblar.






01/12/11    Çap et