Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” bütün brauzerləri qıcıqlandıran problemi həll edəcək


“Microsoft” korporasiyası “Chrome”, “Opera” və “Firefox”a alternativ kimi təqdim edilən “Edge” brauzerini təkmilləşdirməyə davam edir. Brauzerin yeni versiyasına yarlıkların qeyri-standart yerləşdirilməsi funksiyası əlavə edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Microsoft”un rəsmi bloqunda şaquli yarlıkların funksiyası təsvir edilib. Şirkət yeni həllini yarlıkların ənənəvi üfüqi sxeminə əvəzetmə kimi təklif edir. Belə ki, istifadəçi daha çox səhifə açdıqca başlıqların sıxılması səbəbindən lazımi səhifəni tapmaq çətinləşir.

 

“Edge” brauzerinin tərtibatçıları yarlıkları yan paneldə yerləşdiriblər, kursora reaksiya kimi fırlanan yarlıkları ekranın istənilən yerinə daşımaq mümkündür. “Microsoft”un nümayəndələri əmin ediblər ki, yeni funksiya yaxın aylar ərzində “Edge”nin istifadəçiləri üçün əlçatan olacaq.

 

Emil Hüseynov






01/04/20    Çap et