Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən kiçik rəqəmsal fotoaparatı satışa çıxarılıb


“Hammacher Schlemmer” şirkəti iddia edir ki, dünyanın ən kiçik rəqəmsal kamerasını hazırlayıb. Qurğu kiçik ölçüsü sayəsində asanlıqla barmağın ucunda yerləşir və daha çox hədiyyə brelokuna oxşayır. Qeyd edək, model hələ bu ilin sentyabr ayında elan edilib.

 

Kamera foto üçün 1600 x 1200 piksel kəskinliyini və video üçün isə saniyədə 30 kadr sürətilə 640x480 kəskinliyini təmin edir. Fotolar “JPEG” formatında, videoçarxlar isə “AVİ” formatında saxlanılır.

 

Onlara kompyuter ekranda baxmaq olar. Bunun üçün onu “USB 2.0” interfeysi vasitəsilə kompyuterə qoşmaq lazımdır.

 

Çəkilmiş material 2 Qbaytlıq “microSD” yaddaş kartına yazılır. Kamera cəmi 1 klaviş vasitəsi ilə idarə edilir. Akkumulyator videoçəkiliş rejimində cəmi 30 dəqiqə avtonom müddət təmin edir. Qiyməti 100 dollardır.






01/12/11    Çap et