Dekabrın 1-də qadın voleybol komandaları arasında Çempionlar liqası yarışlarında Bakının “Rabitə” klubu ilk oyununu keçirilib. “Sərhədçi” Olimpiya İdman Mərkəzində klublararası dünya çempionatının qalibi “Rabitə” Fransanın “Mulhouse” komandasını qəbul edib.
Meydan sahiblərinin üstünlüyü ilə keçən oyunda “Rabitə” 3:0 (25:15, 25:13, 25:21) hesablı qələbə qazanıb. Komandamız növbəti oyununu dekabrın 7-də Almaniyada “Dresdner” klubuna qarşı keçirəcək.