2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq
2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq. “CCS Insight” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, qlobal bazarda 1,57 milyard mobil telefon satılacaq ki, bu da son 10 ildə ən aşağı nəticə olacaq. Yuxarıda göstərilən nəticənin 1,26 milyardı smartfonların payına düşəcək ki, bu da ötənilki göstəricidən (1,41 milyard) azdır.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər azalmanın əsas səbəbi kimi koronavirus pandemiyasını göstərirlər. “COVID-19” pandemiyası həyatın normal axınını pozub, nəticədə həm biznes, həm də adi istehlakçılar tərəfindən tələbat azalıb. Həmçinin nəzərə almaq lazımdır ki, epidemiya bitdikdən sonra da iqtisadiyyat üçün mənfi nəticələr bir müddət özünü göstərəcək.
“CCS Insight” tədqiqat şirkəti 2021-ci ildə mobil telefon bazarının bərpasına ümid edir. Gözləntilərə görə, mobil telefonların satış həcmi 12% artaraq 2019-cu ilin səviyyəsinə geri qayıdacaq.
Emil Hüseynov