Son bir neçə ay ərzində “İnternet Explorer” səyyahının payı sürətlə azalırdı. Belə ki, 1 il ərzində onun populyarlığı 61%-dən 52%-ə qədər azalmışdı. Lakin “Net Applications”-un yeni hesabatına əsasən, noyabr ayında “İE” səyyahının payı yenidən artmağa başlayıb.
Oktyabr ayında 52,63% abunəçi, keçən ay isə 52,64% ondan fəal istifadə edib. “Firefox” səyyahı isə mövqeyini tədricən itirməyə davam edir. Belə ki, noyabr ayında onun göstəricisi 22,14% təşkil edib.
Hərçənd oktyabr ayında 22,51% təşkil etmişdi. “Chrome” səyyahının payı 1 ay ərzində 17,62%-dən 18,18%-ə qədər artıb. “Safari” səyyahı (5%) populyarlığa görə dördüncü yerdə, “Opera” isə beşinci yerdədir. Keçən ay Norveç veb-səyyahı vasitəsilə internetə 1,55% istifadəçi daxil olub.