"Skype"da qeydiyyatdan keçmək asan prosedurdur. Lakin evdən kənarda zəng etmək lazım olduqda kənar qurğudan sistemə daxil olmaq lazımdır və bu, heç də təhlükəsiz deyil. "Microsoft" şirkəti populyar proqramın yeni versiyasında bu problemi həll edib. İndi hesab açmadan və fərdi kompüterə proqram quraşdırmadan görüntülü əlaqə seansı yaratmaq mümkündür.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Skype"da "Meet Now" adlı yeni funksiya internetə çıxışa malik istənilən həmsöhbətə göndərmək üçün unikal istinad yaratmağa imkan verir. O, həmin istinad üzrə keçid etdikdə proqramın veb-versiyasına daxil olur. Əgər onun kompüterində proqram quraşdırılıbsa, onda söhbətə avtomatik qoşulacaq. İstinadın istifadə müddəti 30 gündür, buna görə əlaqə seansı öncədən planlaşdırıla bilər.
"Skype"ın veb-kliyenti artıq "Windows 10", "Android", "iOS", "macOS" və "Linux" platformaları üçün əlçatandır.
Emil Hüseynov