Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bəzi “Android” smartfonları haker hücumlarına meyillidirlər


Şimali Karolina (ABŞ) ştatında yerləşən universitetin mütəxəssisləri xəbərdarlıq ediblər ki, bəzi “Android” smartfonlarında olan əlavələr hakerlərin xeyrinədir. Tədqiqatçılar 8 smartfonu test ediblər. Onlardan 2-si əlavələrin (proqram) baza dəstinə, digərləri isə əlavə proqramlar dəstinə və interfeys əlavələrinə malik olublar.

 

Məlum olub ki, bir çox hallarda belə əlavələr təhlükədir: kibercinayətkarlar onları telefon söhbətlərinin yazılması, pullu nömrələrə SMS göndərilməsi, aparat sazlamalarının dəyişiklikləri və s. üçün istifadə edə bilərlər.






02/12/11    Çap et