Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AMD” şirkəti daha güclü prosessorlar istehsal edəcək


Veb-mənbələrin məlumatına əsasən, “AMD” şirkəti 2012-ci ilin birinci rübündə “Trinity” prosessorlarını istehsal etmək niyyətindədir. “AMD” şirkətinin mart ayının ortalarına yaxın “Trinity A10-5700”, “A8-5500”, “A6-5400” və “A4-5300” desktop-prosessorlarının istehsalına başlayacağı bildirilib.

 

May ayında isə daha güclü çiplər, 100 Vatt TDP göstəricisi ilə “A10-5800” və “A8-5600” prosessorları istehsal ediləcək. “Trinity” konstruksiyasına inteqrasiya edilmiş “DDR3-2133” yaddaş kontrolleri və “DirectX 11” proqram interfeysi dəstəyi ilə “Radeon HD 7000” seriyasının qrafik kontrolleri daxildir.

 

“X86” tipli hesablama nüvələrinin sayı 4 ədəd ola bilər. Prosessorlar 32 nanometr texnologiya ilə hazırlanacaq və iddia edilir ki, “Llano” seriyasının indiki hibrid məmulatları ilə müqayisədə 20% sürət artımı təmin edəcək.

 

Qrafik nüvənin məhsuldarlığı 30% artacaq. “Trinity” prosessorlarının quraşdırılması üçün “Socket FM2” konnektorlu sistem lövhə lazım olacaq.






02/12/11    Çap et