“WhatsApp” messenceri mesajların kütləvi göndərilməsinə məhdudiyyət tətbiq edəcək. Şirkətin bloqunda deyilir ki, koronavirus pandemiyası haqqında yalan məlumatların yayılmasına mane olmaq məqsədilə belə qərar qəbul edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, indi mesajların kütləvi göndərilməsi (messencerdə ikiqat ox simvolu ilə qeyd olunur) yalnız bir dəfə bir çata göndərilə bilər.
"Biz bir çox istifadəçilərin faydalı məlumat, həmçinin gülməli video, memlər, sitat və dualar göndərdiyini bilirik" – məlumatda deyilir.
Lakin buna baxmayaraq, “WhatsApp” rəhbərliyi yalan informasiyanın yayılmasının qarşısını almaq üçün tez-tez göndərilən mesajlara məhdudiyyət tətbiq etməyi zəruri sayıb.
Emil Hüseynov