“LG Electronics” şirkəti öz telefon xəttində “Android 2.3” platformasında olan və eyni anda 2 SİM-kartın işini dəstəkləyən smartfon təqdim edib. Smartfonun alt panelində SİM-kart seçimi üçün klaviş var, bu da nömrələrə operativ keçməyə imkan yaradır.
Bundan əlavə, smartfon həm “2G+2G”, həm də “2G+3G” konfiqurasiyasında işləyə bilər. Qurğu 3,2 düymlü sensor ekranla (480 x 320 piksel, 262 min çalar) təchiz edilmişdir, 800 MHz takt tezlikli “Qualcomm MSM7227T” prosessoru, “Wi-Fi 802.11 b/g”, “Bluetooth 3.0”, “USB 2.0” və “DLNA” ilə təchiz edilib. Model “microSD” yaddaş kartlarını dəstəkləyir. Mobil telefonun çəkisi 125 qramdır.