“Nokia” şirkəti “Series 40” platformasında monoblok tipli korpusda büdcəyə uyğun “Nokia X2-02” mobil telefonunu təqdim edib. Aparat 240×320 nöqtə kəskinlikli 2,2 düymlü ekran, 2 meqapiksel matrislə olan kamera, “Bluetooth 2.1” simsiz əlaqə adapteri, qulaqlıqlar üçün 3,5 mm yuva və “MicroUSB” portu ilə təchiz edilib.
32 QB tutuma qədər fləş kart dəstəkləyən “MicroSD” slotu var. Telefon FM tünerilə təchiz olunub; korpusun yan hissələrində mediapleyeri idarə etmək üçün klavişlər nəzərdə tutulub.
“Nokia X2-02” modeli “GSM/EDGE 900/1800 MHz” mobil şəbəkələrində iş üçün hesablanıb; 2 SİM-kart quraşdırılması dəstəklənir. Telefon müxtəlif rəngli korpuslarda 60 avro qiymətinə satılacaq.