Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya “5G” şəbəkələrində zənglərin keyfiyyətini yüksəldir


"OPPO" şirkəti "Ericsson" və "MediaTek" ilə birgə beşinci nəsil şəbəkələrində səsli və videozənglərin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yeni "VoNR" (Voice/Video on New Radio) texnologiyasının yaradılmasını elan edib. Sözügedən texnologiya səs və görüntünün keyfiyyətini yüksəltməklə yanaşı, həmçinin sürətdə gecikməni azaldır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yeni texnologiya "Ericsson Radio System" avadanlıqlarında quraşdırılmış "5G" şəbəkəsinə qoşulduqda "OPPO" şirkətinin "MediaTek Dimensity 1000" prosessoru ilə işləyən kommersiya smartfonunda reallaşdırılıb. Yeni hazırlamanın sınaqları "Ericsson" şirkətinin Stokholmdakı qərargahında keçirilib.

 

"OPPO" şirkətinin vitse-prezidenti Endu Vunun sözlərinə görə, "VoNR" texnologiyasının hazırlanması beşinci nəsil şəbəkələrinin inkişafı istiqamətində mühüm addım olub. O bildirib ki, onların məqsədi istifadəçilər üçün rahat və əlçatan qurğular yaratmaqdır.

 

Emil Hüseynov






09/04/20    Çap et