Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnnovativ sprey istənilən səthi sensora çevirir


Massaçusets Texnologiya İnstitutunun nəzdində İnformatika və Süni İntellekt Laboratoriyasının (CSAIL) mühəndisləri istənilən bərk səthi sensora çevirən "SprayableTech" spreyi hazırlayıblar. Püskürdülən datçik, məsələn, yataq otağında işığı idarə etmək üçün divara vurula bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, prosesə aeroqrafiya üçün trafaretin 3D modelinin yaradılması ilə start verilir. Sonra çap edilmiş lövhəyə balondan cərəyan keçirici hissəciklərin qatışığından ibarət aerozol boya püskürdülür. Nəhayət, lazımi hissəsini interaktiv etmək üçün ona mikrokontroller qoşulur.

 

İxtiraçının sözlərinə görə, "CSAIL" komandası qrafiti rəssamlar və memarlarla əməkdaşlıq etməyi planlaşdırır. "SprayableTech" "ağıllı" şəhər və interaktiv evlərdə geniş miqyasda tətbiq edilə bilər.

 

Emil Hüseynov

 






09/04/20    Çap et