Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kvadrokameraya və tutumlu akkumulyatora malik “Samsung Galaxy A21” smartfonu təqdim edilib


“Samsung” şirkəti yeni “Galaxy A21” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfonun HD təsvir ölçülü ekranının diaqonalı 6,5 düym təşkil edir. Qurğunun korpusunun arxa tərəfində 4 sensordan ibarət əsas kamera yerləşdirilib: 16 meqapiksellik əsas, 8 meqapiksellik genişbucaqlı linza, həmçinin makroçəkiliş üçün 2 mp-lik datçik və 2 mp-lik dərinlik datçiki.

 

“Samsung Galaxy A21” smartfonu “MediaTek Helio P35” prosessoru, 3 QB əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla (“microSD” yaddaş kartı ilə 512 QB-dək artırıla bilər) təchiz edilib. Smartfonun daxili akkumulyatorunun tutumu 4000 milliamper/saat təşkil edir, gücü 15 vattadək olan sürətli enerjidoldurma texnologiyasının dəstəyi var.

 

Aparatı blokdan çıxarmaq üçün korpusun arxa qapağında barmaq izləri skaneri quraşdırılıb. Aparat “One UI 2.0” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov






09/04/20    Çap et