Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Norveçdə elektrik yarış təyyarəsi hazırlanır


Norveçin “Equator Aircraft” şirkəti elektrik yarış təyyarəsi hazırlamağa başlayıb. Bu aparatla şirkət 2021-ci ilə planlaşdırılan ilk elektrik təyyarələri yarışında iştirak etmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Air Race E” yarışlarının təşkili ilə eyniadlı startap məşğul olur. İndiyədək dünyada belə yarış keçirilməyib. İlk sınaq uçuşları 2020-ci ilin sonuna nəzərdə tutulub, ilk rəsmi yarışların isə bir il sonra keçirilməsi planlaşdırılır. Yarışlarda 400 km/saat sürətlə 1,5 km uzunluğunda dairəvi hava yolu ilə bir dönmədən digərinə uçacaq 10 təyyarənin iştirakı gözlənilir. Yarışda uçuşun hündürlüyü 9 metr təşkil edəcək.

 

Yarışların tələblərinə görə, “Air Race E” elektrik təyyarəsi 100-150 kilovat/saat gücündə elektromotorla təchiz edilməli və 300-350 kq çəkiyə malik olmalıdır. Aparat əvvəlcədən yarışlar üçün yaradılmalıdır. İştirak üçün 10 şirkət, o cümlədən “Equator Aircraft” müraciət edib.

 

Bildirilir ki, elektrik təyyarələrin hazırlanmasında ixtisaslaşan Norveç şirkəti artıq “P2 Xcursion” elektrik hidrotəyyarəsinin uçuş sınaqlarına başlayıb. Bundan başqa, şirkət dörd və səkkiz nəfərlik sərnişin tutumuna malik “X4” və “X8” elektrik təyyarələrinin yaradılması ilə məşğuldur.

 

Nizam Nuriyev






10/04/20    Çap et