2014-cü ildə “W3C” konsorsiumu “Ümumdünya Hörümçək Toru”nun məzmununun strukturlaşdırılması üçün “HTML5” standartı üzərində işi başa çatdırıb. Tezliklə populyar brauzerlərin tərtibatçıları yeni platforma ilə uyğunluq üçün öz brauzerlərini aktiv şəkildə təkmilləşdirməyə başlayıblar. Bu yaxınlarda keçirilmiş sınaq ekspertlərə brauzerlərin yeni platforma ilə işləməyə "hazırlıq" dərəcəsini müəyyənləşdirməyə imkan verib və məlum olub ki, “Microsoft”un “Edge” brauzeri ən qabaqcıl texnoloji həldir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, sınaq vaxtı "başlanğıc ayar üzrə brauzer" HTML5 ilə uyğunluq üzrə 100% qiymətləndirilib.
“Edge” brauzerinin rəqibləri “Safari”, “Chrome” və “Firefox” müvafiq olaraq 98%, 92% və 89% toplayıblar. “Internet Explorer 11” brauzeri autsayderlər arasında yer alıb, o, “HTML5” standartını 56% dəstəkləyir. Lakin konsorsium tərəfindən keçirilmiş test tənqid olunub, çünki uyğunluğun qiymətləndirilməsi “Google Chrome 62” brauzerində aparılıb, halbuki aktual versiya 80-dir.
Emil Hüseynov