Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ilk elastik kabel hazırlanıb (VİDEO)


Yaponiyanın “Asahi Kasei Fibers” şirkəti 1 yarım dəfə uzana bilən “Roboden” kabeli yaradıb. Bu, dünyada ilk belə hazırlamadır. Elastik kabel informasiya mübadiləsi üçün tətbiq edilə bilər. “Roboden” kabelindən istifadə etməklə məsələn, USB əlaqə yaradıla bilər.

 

“Asahi Kasei Fibers” şirkəti güman edir ki, yenilik robot texnikasında tətbiq ediləcək: uzanan kabellər robotların hərəkətli elementlərinə enerji və ya idarəedici siqnalların ötürülməsi üçün lazım olacaq.

 

İstehsalçılar bildiriblər ki, elastik kabellər yüksək etibarlılığa malikdir. Elastik kabelin qiyməti və kütləvi istehsalın başlanması haqqında məlumat verilməyib.

 






02/12/11    Çap et