Bu il “Apple” şirkəti tərəfindən təqdim ediləcək yeni smartfon modelləri görünüş baxımından “iPad” planşetini xatırladacaq. Bu barədə “Bloomberg” nəşri öz mənbələrinə istinadən yazır.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, yeni modellərin əvvəlkilərlə müqayisədə daha dəyirmi küncə və tamamilə düz ekrana malik olacağı ehtimal edilir. “iPhone 11 Pro” və “iPhone 11 Max” aparatlarının varisi olacaq iki model üç əsas kamera, bir neçə ucuz versiya isə iki kamera ilə təchiz ediləcək. Bütün modellər “5G” texnologiyasını dəstəkləyəcək.
Bundan başqa, qurğular əlavə edilmiş reallıq proqramları ilə işləməyə imkan verən sistemlərə malik olacaq.
Şirkətin nümayəndəsi bu barədə şərh verməkdən imtina edib.
Emil Hüseynov