Çinin "Weibo" sosial şəbəkəsinin istifadəçiləri beşinci nəsil şəbəkələrini dəstəkləyən bir çox müasir mobil qurğuları təhlil edərək ən yüngül çəkili "5G" smartfonunu müəyyənləşdiriblər.
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, onların məlumatına görə, ən yüngül smartfon çəkisi 163 qram təşkil edən "Samsung Galaxy S20" aparatıdır. Çinin "Huawei" texnologiya nəhənginin "P40" modeli (çəkisi 175 qram) ikinci yerdə qərarlaşıb. Çəkisi 180 qram olan "OnePlus 8" aparatı üçüncü yeri tutub.
Həmçinin istifadəçilər tərəfindən beşinci nəsil şəbəkəsini dəstəkləyən ən ağır çəkili smartfon müəyyənləşdirilib. Bu, 300 qram ağırlığında olan "Huawei Mate Xs" aparatı olub.
Emil Hüseynov