ABŞ-ın “Facebook” şirkəti öz əməkdaşlarının əksəriyyəti üçün distant iş rejiminin vaxtını ən azı mayın sonuna kimi uzadıb. Bu haqda şirkətin direktoru Mark Zukerberq deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, "Biz vacib tapşırıqları yerinə yetirən və ofisdə işləməli olanlar üçün daha təhlükəsiz iş şəraitini təmin etmək məqsədilə əksər əməkdaşlarımızın ən azı mayın sonunadək evdən işləməsini tələb edirik" – Zukerberq öz “Facebook” səhifəsində yazıb.
Həmçinin o bəyan edib ki, 2021-ci ilin iyununadək 50 və daha çox insanın iştirakı ilə planlaşdırılmış bütün tədbirlər ləğv edilib, onların bəziləri onlayn formatda keçiriləcək.
Emil Hüseynov