Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“TikTok” sosial şəbəkəsi uşaqlar üçün daha təhlükəsiz olacaq


“TikTok” qısamüddətli videolar sosial şəbəkəsi sürətlə populyarlaşır. Sosial şəbəkənin auditoriyasının böyük əksəriyyəti yeniyetmələr olduğuna görə tərtibatçılar xidmət daxilində təhlükəsiz atmosferi qoruyub saxlamaq üçün nəzərdə tutulmuş "Ailə tənzimləmələri" funksiyasını əlavə etməyə qərar verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, "Ailə tənzimləmələri" funksiyası valideyn və yeniyetmələrin öz fərdi ehtiyaclarına uyğun olaraq təhlükəsizlik parametrləri təyin etməsinə imkan verir. Bu funksiyanın köməyi ilə böyüklər öz profilini uşağın profili ilə birləşdirə, onun hesabının bir sıra təhlükəsizlik və məxfilik tənzimləmələrinə giriş əldə edə bilərlər:
 
·    Ekran vaxtına nəzarət seçimi uşağın gündəlik proqramdan istifadə edə biləcəyi vaxtı tənzimləməyə imkan verir.
 
·    Təhlükəsiz rejim arzuolunmaz məzmuna girişi məhdudlaşdıracaq.
 
 
·    Şəxsi yazışma tənzimləmələri uşağa mesaj göndərə bilən istifadəçilərin siyahısını məhdudlaşdırmağa kömək edəcək.
 
Sözügedən funksiya tezliklə əlçatan olacaq. Bundan başqa, 30 apreldən etibarən xidmətdə yaşı 16-dan aşağı olan istifadəçilər üçün mesajlaşma imkanı əlçatmaz olacaq.
 
Emil Hüseynov




18/04/20    Çap et