Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xallı böcək ölçüsündə olan datçik real vaxtda ürəyin və ağciyərin sağlamlığına nəzarət edir


Xallı böcək ölçüsündə olan datçik real vaxt rejimində ürəyin və ağciyərin sağlamlığına nəzarət edir. Corciya Universitetinin mühəndisləri tərəfindən hazırlanmış qurğunu geyimə quraşdırmaq mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, yeni sensor elektrokardioqrama üçün qurğunun funksiyalarını qismən imitasiya edir – o, plastırlarla bədənə bərkidilmiş elektrodların köməyi ilə ürəyin vəziyyətinə (məsələn, onun ritminə, qan dövranına və orqanın digər sağlamlıq göstəricilərinə) nəzarət edir.
 
Mühəndislərin sözlərinə görə, qurğu faydalı səsləri (məsələn, ürək döyüntüsünün tezliyini, nəfəs tezliyini, yaxud xırıltıların olub-olmamasını) ətrafdakı səs-küydən ayırmağa imkan verir və istifadəçinin real vaxt rejimində öz sağlamlığı haqda öyrənməsi üçün onları məlumat axınına çevirir.
 
Datçik, həmçinin istifadəçilərin fiziki aktivliyi haqqında məlumatları toplamaq imkanına malikdir. Məsələn, istifadəçinin sağlamlığının ümumi mənzərəsini yaratmaq üçün gün ərzində qət edilmiş məsafəni  ürək və ağciyərdən əldə edilmiş məlumatlarla müqayisə edə bilər.
 
Emil Hüseynov




18/04/20    Çap et