Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OPPO” şirkəti ucuz “A12” smartfonunu təqdim edib


“OPPO” şirkəti “OPPO A12” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Corning Gorilla Glass 3” qoruyucu şüşəsinə malik qurğunun IPS ekranının diaqonalı 6,2 düym təşkil edir. Ekranda 5 meqapiksellik ön kamera üçün kəsik nəzərdə tutulub. Qurğunun əsas kamerası 13 və 2 mp-lik iki sensordan ibarətdir. Arxa panelə quraşdırılmış barmaq izləri skaneri aparatı blokdan çıxartmaq üçün nəzərdə tutulub.

 

Smartfon 8 nüvəli “MediaTek Helio P35” prosessoru, konfiqurasiyadan asılı olaraq 3/4 QB əməli yaddaş, 32 və ya 64 QB daxili yaddaşla (“microSD” yaddaş kartının köməyi ilə 256 QB-dək artırıla bilər) təchiz edilib. Smartfonun akkumulyatorunun tutumu 4230 milliamper/saat təşkil edir. “OPPO A12” smartfonu “ColorOS 6.1” interfeysli “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov






20/04/20    Çap et