Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” yeniləməsi kompüterləri sıradan çıxarıb


"Windows" istifadəçiləri mütəmadi yeniləmə quraşdırıldıqdan sonra kompüterlərin işində nasazlıqların yaranmasından şikayət etməyə başlayıblar. "Windows Latest" nəşri "Microsoft" forumlarında və sosial şəbəkələrdə dərc edilən rəylərə diqqət yetirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, aprelin 14-də buraxılan KB4549951 sistem yeniləməsi məhsuldarlığın və internet sürətinin azalmasına, eləcə də "Bluetooth"un söndürülməsinə səbəb olub. Bir sıra hallarda uğursuz yeniləmə tez-tez yenidən başlatma və "göy ölüm ekranı"nın (BSOD) görünməsi ilə nəticələnib. "KB4549951" yeniləməsindən sonra kompüterimdə "Bluetooth" işləməkdən imtina edib", – "Windows 10" istifadəçiləri bildirib. Forumlarda, həmçinin qeyd olunur ki, yeniləmə aradan qaldırılmayan çoxsaylı səhvlərə səbəb olur.

 

Ən çox yayılan hallardan biri kimi "Wi-Fi" vasitəsilə məlumatların ötürülmə sürətinin azalması göstərilir.

 

Jurnalistlər qeyd edib ki, KB4549951 sistem yeniləməsini artıq yükləmək və quraşdırmaq mümkün deyil, lakin şirkət problemin mövcudluğunu rəsmən təsdiq etməyib. Nəşrin müşahidələrinə görə, "Windows" sisteminin əksər lisenziyalaşdırılmış surətlərinin sahibləri yeniləməni edə bilməməsinə görə sistemləri aktual vəziyyətdə saxlamağın mümkün olmamasından şikayət edir. Nəşr istifadəçilərə əməliyyat sisteminin əvvəlki versiyalarına qayıtmağı və düzəliş edilmiş yeniləməni gözləməyi tövsiyə edib.

 

Nizam Nuriyev






21/04/20    Çap et