Çinin "Rokid" şirkəti insanların bədən temperaturunu ölçməklə koronavirus infeksiyasının əsas simptomlarından birini aşkarlayan "T1" adlı "ağıllı" eynək yaradıb.
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "Rokid T1" istilik eynəyində 2 dəqiqə ərzində üç metr məsafədə 200 nəfərin temperaturunun müəyyənləşdirilməsi üçün infraqırmızı ötürücüdən istifadə edilir. Qurğu "Qualcomm" prosessoru, 12 meqapikselli kamera və əllərin, fotoşəkil və video qeydlərinin köməyi olmadan səsli idarəetmə üçün əlavə reallıq funksiyası ilə təchiz edilib.
"TechCrunch" resursunun məlumatına görə, Çin startapı müəssisə, xəstəxana və hüquq-mühafizə orqanlarına "COVID-19" infeksiyasına yoluxmuş insanların aşkarlanmasında kömək məqsədilə eynəyin ABŞ-da "B2B" ("biznes üçün biznes") modeli üzrə satışlarına başlamaq niyyətindədir. Şirkət ABŞ-ın xəstəxana və yerli bələdiyyələri ilə "ağıllı" eynəklərin tədarükü üzrə sövdələşmələr imzalamağı planlaşdırsa da, məxfilik haqqında sazişlər səbəbindən onların adını açıqlaya bilmir.
"Rokid" nümayəndələrinin sözlərinə görə, şirkət "T1" eynəyi vasitəsilə məlumatların toplanılması və onların "bulud" serverlərinə köçürülməsi ilə məşğul olmur.
Nizam Nuriyev