Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IFA 2020” sərgisi koronavirusa görə ləğv edilib


“COVID-19” pandemiyası ilə əlaqədar artıq bir çox böyük texnologiya tədbirləri ləğv edilib. “IFA 2020” sərgisi də istisna olmayıb. Lakin təşkilatçıların sözlərinə görə, sözügedən tədbir alternativ formatda keçiriləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, sərginin ləğv edilməsi Berlin hakimiyyətinin oktyabrın 24-dək 5000-dən çox insanın iştirakı ilə keçiriləcək hər hansı tədbirin qadağan edilməsi haqqında qərarı ilə bağlıdır. Bununla belə tədbirin rəsmi “Twitter” hesabında yazılıb ki, sentyabrın 4-nə planlaşdırılmış Almaniyanın ən köhnə sənaye sərgilərindən biri keçiriləcək.

 

“IFA 2020” tədbirinin keçirilməsinə məsul olan şirkətin idarə heyətinin sədri Hans-Yoahim Kamp deyib ki, son hadisələri nəzərə alsaq, illik tədbirin ləğvi gözlənilən idi. Amma təşkilatçılar sərginin keçirilməsindən tamamilə imtina etmək niyyətində deyillər – onlar 2020-ci ildə texnoloji innovasiyaların keçirilməsi üçün alternativ variantları nəzərdən keçirirlər.

 

Yaxın vaxtlarda sərginin yeni formatının elan ediləcəyi gözlənilir.

 

Emil Hüseynov






22/04/20    Çap et