Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərmarka Azərbaycanda rabitənin 130 illiyinə həsr edilən marka təqdim edib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycan Respublikasında telefon rabitəsinin 130 illiyinə həsr edilən poçt markasını təqdim edib.

 

Nominal dəyəri 1 manat və 200 min nüsxədə buraxılan markanın üzərində telefon aparatı və Yer kürəsi ətrafında fırlanan süni peyk təsvir olunub. 130 il bundan əvvəl, 1881-ci il dekabrın 6-da Bakıda Nobel Qardaşları tərəfindən uzunluğu 6 kilometr olan ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda rabitənin yaranma tarixi başlanır.

 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə hər il dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı qeyd edilir.






03/12/11    Çap et