Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada ağır fiziki iş yerinə yetirə bilən robot yaradılıb


Yaponiya mühəndisləri adi həyatda insanları getdikcə daha çox əvəz edəcək robotlar yaratmağa davam edirlər. Dünən Yaponiyada müxtəlif ağır fiziki işlər yerinə yetirə bilən robot modeli təqdim edilib.

 

Robotun yaradıcıları – “Kawada İndustries” şirkəti və Sənaye elmləri və hazırlamaları milli institutu bildiriblər ki, yeni robot modeli bütün iş peşələrini  olmasa da, onlardan bir çoxunu əvəz edə bilər.

 

"Biz robotu kifayət qədər nazik korpusda hazırlamışıq, lakin o, kifayət qədər ağır fiziki iş yerinə yetirə bilər. Yeni robot “HRP-4” adlanır" – “Kawada” şirkətinin meneceri  Noriyuki Kenexira qeyd edib.

Robot ölçülərinə görə 10-12 yaşlı uşağı xatırladır.

 

Tokioda robotun təqdimatı zamanı model 1 ayaq üstə durub, öz oxu ətrafında fırlanıb, səs əmrlərini izah edib, müxtəlif predmetləri daşıyıb, obyektləri izləyib və digər tapşırıqları yerinə yetirib.

 

Robot  2012-ci ilin yanvar ayından satılmağa başlayacaq. Qiyməti 306000 dollardır.






03/12/11    Çap et