Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Samsung Galaxy Watch” saatı dörd modifikasiyada buraxılacaq


Çin Sənaye və İnformasiya Nazirliyi “Galaxy Watch 2” adı ilə kommersiya bazarına çıxarılacaq yeni “Samsung” “ağıllı” saatını sertifikatlaşdırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğunun “SM-R840/R845” və “SM-R850/R855” olmaqla ümumilikdə dörd modifikasiyası sadalanır. “SM-R840” və “SM-R850” modelləri ölçüyə görə fərqlənəcək (42 və 46 mm) və yalnız “Wi-Fi” simsiz rabitəsini dəstəkləyəcək. “SM-R845” və “SM-R855” variantları mobil şəbəkələrə qoşulmaq üçün əlavə “4G/LTE” moduluna malik olacaq.

 

Sertifikasiya məlumatlarına görə, “Wi-Fi” rabitəsi 2,4 QHs tezlik diapazonunda təmin edilir. Həmçinin quraşdırılmış “Bluetooth” kontrolleri, eləcə də “NFC” çipi nəzərdə tutulub.

 

Bundan başqa, yeni “ağıllı” saatlara 8 giqabayt tutumlu quraşdırılmış yaddaş və ürək döyüntüsü tezliyi sensoru quraşdırılacaq. Alıcılara seçim üçün üç rəng – qara, qızılı və gümüşü təqdim ediləcək.

 

Yeni qurğunun rəsmi təqdimatı iyulun sonuna və ya avqustun əvvəlinə planlaşdırılır. “Galaxy Watch 2” saatının “S Pen” qələmini dəstəkləyən qabaqcıl “Galaxy Note 20” seriyalı smartfonların buraxılışına həsr edilən tədbirdə nümayiş olunacağı gözlənilir.

 

Nizam Nuriyev






27/04/20    Çap et