Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada böyük kibercinayətkar qruplaşma ifşa olunub


Rusiya və Avropa İttifaqının hüquq-mühafizə orqanları əməkdaşlarının birgə səyi nəticəsində Rusiya və Aİ banklarının on minlərlə müştərisinin fərdi məlumatlarını oğurlayan kibercinayətkar qruplaşmanın fəaliyyətinin qarşısı alınıb. Bu barədə Beynəlxalq Polis Assosiasiyasının (International Police Association) Rusiya bölməsinin rəhbəri general-leytenant Yuri Jdanov bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları mütəmadi şəkildə xarici həmkarları ilə əlaqə saxlayır, məsləhətlər aparır və birgə əməliyyatlarda iştirak edirlər. Məsələn, ötən ay Avropa İttifaqının polisi ilə birlikdə Rusiya Baş Prokurorluğu vasitəsilə Rusiya vətəndaşlarının məlumatlarını oğurlayan və onları Avropa serverlərində saxlayan böyük cinayətkar şəbəkə ifşa olunub.

 

Məlumata görə, kibercinayətkar qruplaşmanın iştirakçıları bir neçə yüz nəfərdən ibarət olub. Onlar Rusiya və Avropa İttifaqı, o cümlədən İsveç, Almaniya və bir sıra digər ölkələrin banklarının kompüter şəbəkələrindən məlumatlar oğurlayıblar. Birgə əməliyyat zamanı Almaniya polisinin əməkdaşları Rusiya Federasiyasından kənarda olan kibercinayətkarları müəyyənləşdirməyə və onlar tərəfindən oğurlanan informasiyanın təyinatı üzrə istifadə edilməməsinə yardımçı olublar.

 

Nizam Nuriyev






27/04/20    Çap et