Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yeni xidmət işə salır


“Wall Street Journal” qəzeti xəbərinə əsasən, “Google” şirkəti tezliklə internetdən alınmış malların ekspress-çatdırılması xidmətini aça bilər.

 

Xidmətin işə salınması imkanı aparıcı Amerika riteylerləri və təchizatçıları ilə müzakirə edilir. Alıcıların malları sifarişi etmə anından 24 saat ərzində  ala biləcəyi güman edilir. Bu halda tədarük qiyməti aşağı olacaq.

 

Müşahidəçilər qeyd edirlər ki, malların sürətli çatdırılması sistemini istifadəyə verməklə “Google” şirkəti planetin əsas veb-mağazası olan  “Amazon” şirkəti ilə rəqabət aparacaq.

 

Yeni xidmətin işə salınacağı müddət dəqiq bildirilmir.

ABŞ-da onlayn ticarət bazarının həcmi 177 milyard dollar dəyərində  qiymətləndirilir. Amerikalılar internet vasitəsilə satınalmalara il ərzində  təxminən 1000 dollar xərcləyirlər.






03/12/11    Çap et