Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” korporasiyası “Samsung” qurğularının ABŞ-da satışlarını qadağan edə bilməyib


“Samsung” şirkəti “Apple” korporasiyası ilə "müharibə"də yenə əhəmiyyətli qələbə qazanıb. “Röyters” agentliyi bildirib ki, Kaliforniya məhkəməsi Amerika korporasiyasının iddiasını rədd edib.

 

Belə ki, “Apple” korporasiyası iddia edib ki, məhkəmə ABŞ-da 3 “Android”-smartfon modelinin və “Galaxy Tab 10.1” planşetinin satışlarına qadağa qoysun. Buna baxmayaraq “Apple” Koreya rəqibi ilə yenə də mübarizə aparmaq niyyətindədir.

 

“Apple” korporasiyasından əvvəlki kimi hesab edirlər ki, “Samsung” şirkəti  “Apple” qurğularını kopyalayır. Şirkətin mətbuat xidmətindən qeyd ediblər ki, koreyalılar onlara məxsus olmayan intellektual mülkiyyətdən istifadə edirlər, bu isə yolverilməzdir. “Samsung” nümayəndəsi isə bildirib ki, məhkəmənin qərarı “Apple” iddialarının cəfəngiyat olduğunu artıq 2 dəfədir ki təsdiq edir.






05/12/11    Çap et