Estoniyanın "Milrem Robotics" və Niderlandın "InnoVfoam" şirkətləri yeni nəsil yanğınsöndürən robotların yaradılması üçün səyləri birləşdirib. Sistemin əsasını yerüstü yanğınsöndürmə monitorları və köpük dozatorlarının daxil olduğu "InnoVfoam" yanğınsöndürmə sistemlərinin elementləri ilə birlikdə işləyən "Milrem Multiscope Rescue Robot" pilotsuz uçan aparatı təşkil edir.
"ICTnews" Elektron Xəbər Xidməti "Techcult" resursuna istinadən yazır ki, məlumata görə, xilasetmə robotlarının idarəetməsi müxtəlif videokameralar (o cümlədən istilik və infraqırmızı videokameralar), eləcə də qaz və kimyəvi ötürücülər vasitəsilə distansiyadan həyata keçirilir. Bu elementlər kameradan ayrı olduğundan robotu yanğın üzərində nəzarəti itirmədən idarə etmək mümkündür.
"Multiscope Rescue" robotunun 1200 kiloqramlıq yükqaldırma qabiliyyəti və 21000 Н dartıcı qüvvəsi ona köpük və su çənləri, ağır yanğınsöndürmə şlanqları, eləcə də yüksəklikdən görmə üçün dronlar kimi digər avadanlıqları daşımağa imkan verir. Möhkəm robotu hava vasitəsilə meşə yanğınları ocağına endirmək olar. "InnoVfoams" yanğınsöndürmə monitorları isə su və köpüyü 20 min litr/saniyə gücündə ata bilir.
Nizam Nuriyev