“Acer” şirkəti “Android 3.2” əməliyyat sistemi ilə işləyən “İconia Tab A200” planşetini təqdim edib. Qurğu noyabr ayında tədarük edilməyə başlayıb, yaxın vaxtlarda isə satışları başlanacaq,- “Netbook News” resursu bildirib.
“Acer İconia Tab A200” planşeti 10.1 düymlü 1280x800 piksel kəskinlikli ekran, 2 nüvəli “NVİDİA Tegra 2” prosessoru, 1 QB əməli yaddaş və 8/16 QB daxili yaddaş, 2 meqapiksel kamera, “Wi-Fi”, “Bluetooth” və “GPS” modulları, “microSD” slotu, “USB” portu ilə təchiz edilib.
Yeniliyin ölçüləri 260x175x12,4 mm, çəkisi 720 qr-dır. Planşet 3260 mA/saat həcmli akkumulyatorla təchiz edilib. “Acer” nümayəndələri planşetin qiymətini bildirməyiblər.