Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ildə qlobal smartfon bazarının həcmi 15% azalacaq


Tayvanın “DigiTimes” nəşri yazır ki, 2020-ci ildə qlobal smartfon bazarının həcmi 15% azalacaq. Koronavirus pandemiyasının fəsadları davam edir və ikinci rübdə smartfonlara tələbatın bərpa olunması şansı getdikcə azalır. Mənfi amilləri nəzərə aldıqda smartfonların tədarük həcminin 1,15 milyard səviyyəsində olacağı gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Digitimes Research” analitiklərinin məlumatlarına istinad edən nəşr bildirir ki, bazarın liderləri “Samsung Electronics”, “Huawei” və “Apple” artıq 2020-ci il üçün planlaşdırılmış tədarük göstəricilərinə düzəliş ediblər. Məsələn, “Apple” korporasiyası ikinci və üçüncü rübdə “iPhone 11” smartfonlarının yığılması üçün sifarişləri azaldıb.

 

Daha əvvəl “The Information” nəşri “Huawei” şirkəti barəsində yazmışdı ki, Çin şirkəti “Android” aparatlarının satışının 20% azalacağını proqnozlaşdırır. 2019-cu ildə “Huawei” şirkətinin 240 milyon smartfon satdığını nəzərə alsaq, bu il göstərici 190-200 milyonadək azalmalıdır.

 

"İndiki şəraitdə insanlar yalnız ən vacib və qiymət baxımından əlçatan şeylər barədə düşünmək məcburiyyətindədir. Ən optimist senari halında belə ilin ikinci yarısında smartfonların tədarükü bərpa olunmaya bilər, çünki iqtisadiyyatın bərpasına vaxt lazımdır” – bu yaxınlarda “TrendForce”un analitiki Mia Huan deyib.

 

Emil Hüseynov






28/04/20    Çap et