Litvanın "Penki kontinentai" müəssisələr qrupuna aid olan BS/2 şirkəti Bakıda Almaniyanın "Wincor Nixdorf" konserninin istehsalı olan yeni CINEO bankomatlar xəttini təqdim edib. Bu barədə "Penki"nin məlumatında deyilir.
Azərbaycanın bankları və digər maliyyə qurumları "Cahs Recycling" texnologiyasını dəstəkləyən CINEO avadanlıqlarına maraq göstəriblər. Bu texnologiya nağd vəsaitlərin qəbuluna və verilməsinə imkan yaradır.
"Cahs Recycling" texnologiyası şirkətin inkassasiyaya çəkdiyi xərcləri 80 faizə qədər azaltmağa yönəlib.
Şirkət, həmçinin "Payment.iQ", "ATMeye.iQ", "Service Desk.iQ", "SmartSafe.iQ" özünüxidmət qurğuları üçün BS/2 mütəxəssisləri tərəfindən yaradılan proqram qərarını nümayiş etdirib. Məsələn, "Payment.iQ"in qərarı hesabları doldurmaq, müxtəlif xidmətləri təkcə nağd yolla deyil, həm də bank kartlarından istifadə etməklə ödəməklə bankomatların və məlumat terminallarının funksionallığını artırmağa imkan verir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən 44 bankdan yalnız 3 bank (Azərbaycan Beynəlxalq Bankı, "Bank Standard və "Bank of Baku") nağd pul qəbul edən bankomatlar quraşdırıb.