Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” Nyu-Yorkda ofis açır


“Facebook” sosial şəbəkəsi 2012-ci ildə proqram təminatının hazırlanması üzrə yeni ofis açmağı planlaşdırır. Ofis Nyu-York şəhərində yerləşəcək. Bununla paralel, “Facebook” minlərlə yeni əməkdaşı işə qəbul etməyi planlaşdırır.

 

“Facebook”un əməliyyat direktoru Şeril Sendberq bildirib ki, proqram təminatının hazırlanması üzrə Nyu-York ofisi 2012-ci ilin əvvəlində açılacaq.

 

Ha-hazırda “Facebook”un əsas obyektləri ABŞ-ın qərb sahilində cəmlənib, halbuki Nyu-Yorkda açılacaq ofis şirkətin ölkənin şərq sahilində yerləşən ilk  mərkəzi olacaq.

 

Sendberqin sözlərinə əsasən, hal-hazırda “Facebook” sosial şəbəkəsinin  istifadəçi bazası 800 milyonu ötür, şirkətin gəliri isə stabil olaraq artır. Məhz bu 2 amil ABŞ-ın şərq sahilində, Nyu-York şəhərində mərkəzin açılmasına səbəb olub.






05/12/11    Çap et