Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” smartfonlar üçün 250 mp-lik kamera hazırlayır


"Samsung" şirkəti növbəti nəsil smartfonları üçün 250 mp-lik yeni "ISOCELL" sensorunu hazırlamağa başlayıb. Bu haqda "SamMobile" nəşri yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "digger.ru" saytına istinadən yazır ki, "SamMobile" nəşrinin məlumatına görə, Cənubi Koreya şirkəti 150 mp-lik "ISOCELL" sensorlarının istehsalını başa çatdırıb və 250 mp-lik kamera hazırlamağa başlayıb. Şayiələrə görə, belə kameralarda sensorun ölçüsü təxminən 1 düym təşkil edəcək. Hələ ki "Samsung"un bu ölçüdə sensoru smartfona necə quraşdıracağı bilinmir, çünki bu, smartfonların qalınlığının artmasına səbəb olacaq. Müqayisə üçün, 108 mp-lik kameranın sensorunun ölçüsü 1/1,33 düymdür.

 

250 mp-lik kamera ilə təchiz edilmiş smartfonlar yalnız gələn il təqdim olunacaq.

 

Xatırladaq ki, bir müddət əvvəl "Samsung" şirkəti yaxın gələcəkdə 600 mp-lik kameranın hazırlanması üzrə planını açıqlamışdı.

 

Emil Hüseynov






30/04/20    Çap et