Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin çox hissəsi internetə vaxt keçirməyə görə daxil olurlar


“Pew İnternet & American Life Project”-ın tədqiqatına əsasən, amerikalıların çox hissəsi vaxtaşırı internetə sadəcə vaxt keçirməyə görə daxil olurlar.

 

ABŞ-da həddi-büluğa çatmış veb-istifadəçilərin təxminən dörddə üçü vaxtaşırı internetə əyləncə üçün daxil olur. Tədqiqatçılar "əyləncə" dedikdə nəyi nəzərdə tutduqlarını qeyd etməyiblər: bəziləri üçün bu, sosial şəbəkələrdə ünsiyyət və ya videolara baxmaq, başqaları üçün isə  öz-özünə təhsil almaq üçün elmi ədəbiyyatın oxunması ola bilər.Tədqiqat nəticələri 2200-dən çox amerikalı arasında keçirilmiş sorğuya əsaslanır.






05/12/11    Çap et