Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mark Sukerberq öz övladı üçün narahatdır


“Facebook” sosial şəbəkəsinin banisi Mark Sukerberq ilk dəfə olaraq açıq şəkildə təsdiq edib ki, “Google+” sosial şəbəkəsi onun “övladı” üçün  ciddi təhlükədir.

 

Bu barədə o, “BBC”-yə verdiyi müsahibəsi zamanı bildirib, həmçinin qeyd edib ki, “Facebook” şəbəkəsi əvvəlki kimi kifayət qədər böyük üstünlüyə malikdir.

 

“Bəli, “Google” çox gözəl şirkətdir və mən hesab edirəm ki, biz onlardan öyrənməyə çalışmalıyıq. Lakin eyni zamanda, insanlar artıq “Facebook” şəbəkəsində özləri haqqında xeyli informasiya yerləşdiriblər. Və biz düşünürük ki, onları kommunikasiya üçün “Google+” ilə müqayisədə daha əlverişli alətlərlə təmin edirik" - Sukerberq bildirib.






05/12/11    Çap et