Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daşınan elektronika üçün "nəfəs alan ağıllı material” hazırlanıb


Şimali Karolina Universitetinin tədqiqatçıları istənilən elektronika qurğusuna quraşdırıla bilən nazik elastik material hazırlayıblar. Yeni materialın özəlliklərindən biri onun havakeçirtmə qabiliyyətidir ki, bu da dəri ilə uzunmüddətli kontakt vaxtı ondan rahat şəkildə istifadə etməyə imkan verir. Yeni texnoloji hazırlama tibb sahəsində geniş tətbiq oluna bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, tədqiqatçılar innovativ materialdan hazırlanmış qoldan kontroller kimi istifadə edərək onun daşınan qurğular bazarında tətbiq imkanını nümayiş etdiriblər. Həmçinin yeniliyin biotibb sahəsində faydalı olacağı güman edilir.

 

Emil Hüseynov






01/05/20    Çap et