Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilin birinci rübündə qlobal smartfon satışlarının həcmi üzrə tarixdə ən böyük azalma qeydə alınıb


Üç böyük analitik agentliyin (“Canalys”, “IDC” və “Strategy Analytics”) məlumatına görə, smartfonların satış həcmi üzrə tarixdə ən böyük azalma qeydə alınıb. Müxtəlif qiymətləndirmələrə görə, 2020-ci ilin birinci rübündə smartfonların satış həcmi 11,7%-dən 17%-dək azalıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “IDC” analitiklərinin məlumatına görə, 2020-ci ilin birinci rübündə qlobal smartfon satışlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7% azalıb. “Canalys” şirkətinin analitikləri satış həcminin 13%, “Strategy Analytics”in analitikləri isə 17% azalması fikrindədirlər.
 
Analitiklər, həmçinin bildiriblər ki, əksər smartfon istehsalçıları koronavirusun smartfon satışlarına ən yüksək təsirini ikinci rübdə gözləyirlər.
 
Emil Hüseynov






02/05/20    Çap et