“Forbes”: “Xiaomi” şirkətinin smartfonları istifadəçilərin məlumatını toplayır
Təhlükəsizlik mütəxəssisi Qabriyel Kirliq “Xiaomi” şirkətinin istehsalı olan smartfonlar tərəfindən istifadəçi məlumatlarının toplanılmasını aşkar edib. Bu haqda “Forbes” nəşri yazır.
“ICTnews” Elektron Xəbər Xidməti “
digger.ru” saytına istinadən yazır ki, Kirliq özü “Redmi Note 8” smartfonundan istifadə edir və aşkar edib ki, qurğu demək olar ki onun bütün əməliyyatlarını yazaraq məlumatları Rusiya və Sinqapurda yerləşən serverlərə göndərir. Təhlükəsizlik üzrə mütəxəssisin sözlərinə görə, “Xiaomi” istehsalı olan smartfonlar ekran vaxtı, ziyarət edilmiş saytlar, açılmış qovluqlar, dəyişidirilmiş tənzimləmələr, musiqi və proqramlar haqqında məlumatları toplayır.
Bu məlumatlar “base64” formatından istifadə edilərək şifrlənib, buna görə Kirliq onları asanlıqla adi mətnə çevirə bilib.
Bundan sonra Qabriyel Kirliq “Xiaomi Mi 10”, “Redmi K20” və “Mi Mix 3” üçün iç proqram təminatında da analoji boşluqlar aşkar edib.
“Xiaomi” şirkətinin nümayəndələri ittihama cavab verərək bildiriblər ki, deyilənlər həqiqəti əks etdirmir. Şirkət istifadəçi məlumatlarının məxfiliyi haqqında bütün yerli qanun və qaydalara riayət etdiyini iddia edir, saytlara daxilolmalar haqqında toplanılmış məlumatlar isə anonim saxlanılır.
Emil Hüseynov