Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən təmirə yararlı müasir smartfonlar bəlli olub


Ən təmirə yararlı müasir smartfonlar bəlli olub. Reytinq “iFixit” şirkətinin mühəndisi Kreyq Lloyd tərəfindən tərtib edilib.

 

Mütəxəssisin materialı “Android Police” resursunda dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, reytinqin birinci pilləsində qərarlaşmış “Fairphone 3” aparatı planetdə ən təmirə yararlı cihaz adlandırılıb. Bu aparat “iFixit” şirkəti tərəfindən keçirilmiş sınaqda maksimum 10 balı toplamağa nail olub. Asan çıxardılan batareya və ekrana malik modul sistemi onun üstünlüyüdür. Lakin bu smartfon yalnız Avropada satılır.

 

Sonrakı yeri “SHIFT6m” aparatı tutub. Bu, Almaniyanın “Shiftphone” adlı kiçik istehsalçısının məhsuludur. Bu aparat, həmçinin yalnız Avropada əlçatandır.

 

Növbəti pillədə “Google Pixel 3a” aparatı qərarlaşıb. Bu cihaz böyük istehsalçılar tərəfindən buraxılan qurğular arasında ən təmirə yararlıdır.

 

Emil Hüseynov






04/05/20    Çap et