Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Samsung SCH-W999”: iki ekranlı smartfon


“Samsung” şirkəti “Android 2.3” platformasında olan “SCH-W999” smartfonu istehsal edib.Smartfon qatlanan korpusda 2 ədəd 3.5 düymlü “Super AMOLED” (480×800 nöqtə) ekranı ilə hazırlanıb. 5 meqapikselli kamera, “Bluetooth 3.0” və “Wi-Fi” modulları, “GPS” qəbuledicisi, 32 QB tutuma qədər “MicroSD” fləş kartları üçün slot var.

 

Aparatın "ürəy"ini  2 nüvəli 1.2 QHz takt tezlikli “Qualcomm MSM8660”  prosessoru təşkil edir; inteqrasiya edilmiş fləş-yaddaşın həcmi 16 QB-a bərabərdir. Ölçüləri 111×59×17,8 mm; çəkisi isə 206 qr-dır. Qidalanma 1500 mA/saat tutumlu akkumulyator batareyası vasitəsilə həyata keçirilir.

 

Smartfon CDMA 800/1900 MHz və GSM 900/1800/1900 MHz mobil şəbəkələrində istifadəyə hesablanıb; iki SİM-kartın quraşdırılması dəstəklənir. Yeniliyin təxmini qiyməti 1400 dollardır.






05/12/11    Çap et