Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tutumlu akkumulyator və stereodinamikə malik “OPPO A92” smartfonu təqdim edilib


“OPPO” şirkəti Malayziyada “A92s” smartfonunun daha ucuz versiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “OPPO A92” smartfonu 6,5 düymlük Full HD təsvir ölçülü “LCD” ekranla təchiz edilib. Barmaq izləri skaneri sağ tərəfdəki işəsalma düyməsinə inteqrasiya edilib. Arxa tərəfdə isə yalnız 4 obyektivdən (genişbucaqlı, ultra genişbucaqlı, makro və dərinlik sensoru) ibarət əsas kamera modulu yerləşir. Smartfon 48 mp-dək təsvir ölçüsündə şəkillər çəkə bilir, videonu proqram baxımından sabitləşdirə və xüsusi gecə çəkilişi rejimini dəstəkləyir.

 

Yeni aparat 11 nm-lik texnoloji proses üzrə hazırlanmış 2,0 QHs maksimal takt tezlikli 8 nüvəli “Snapdragon 665” prosessor, 8 QB əməli yaddaş və 128 QB daşıyıcı ilə təchiz edilib. Tutumu 256 QB-dək olan yaddaş kartları dəstəklənir.

 

Bundan başqa, qurğu sürətli enerjidoldurma texnologiyasına malik 5000 milliamper/saat tutumlu akkumulyatora və tutumlu səslənməni təmin edən stereodinamikə malikdir. Bundan başqa, smartfonda qulaqlıqlar üçün 3,5 mm-lik konnektor nəzərdə tutulub.

 

Emil Hüseynov






05/05/20    Çap et