Xüsusi olaraq yaradılmış veb-saytda yerləşdirilmiş kodun şifrini aça biləcək şəxs ehtimal ki, “GCHQ” departamentində işə qəbul olunacaq.Noyabr ayının 3-də internetdə 1 səhifədən ibarət olan sayt açılıb.
Saytda 1 tapşırıq verilib və qeyd edilib: "Siz bu kodu sındıra bilərsiniz?" Tapşırıq üçün dekabr ayının 12-nə kimi vaxt verilib.“GCHQ”-ın rəsmi nümayəndəsi bildirib ki, belə qeyri-adi üsulla potensial əməkdaşların axtarışı həyata keçirilir.